Kanadada şarj zamanı kriptovalyuta mayninq edən elektromobil inkişaf etdirilir

Müasir elektrikli nəqliyyat vasitələrinin hesablama gücü bort sistemlərinin işləməsi, pilotsuz idarəetmə və naviqasiya üçün istifadə olunur.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Kanadada “Daymak” adlı istehsalçı şarj edilərkən kriptovalyuta mayninq edən elektrikli avtomobil üzərində işlədiyini etiraf edib.

“Spiritus” adlı bu model 2023-cü ildə satışa çıxarılsa da, öncədən sifariş xidməti artıq açıqdır. Ödəniş həmçinin kriptovalyuta (“Ethereum” və ya hətta “Dogecoin”) şəklində də qəbul edilir.

“Nvidia” şirkətinin vitse-prezidenti Kit Strier bu təşəbbüsü dəstəkləyib. Hal-hazırda videokart istehsalçısı nəqliyyat vasitələri üçün superkompüterlərin inkişafında lider mövqe tutur.

“Daymak”ın baş direktoru Aldo Bayoçi 2023-cü ilə qədər dünyanın “blokçeyn inqilabının zirvəsində” olacağına və kriptovalyutaların hər yerdə ödəmə vasitəsinə çevriləcəyinə əmindir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.