5 C
Baku
Monday, December 30, 2024

Kanadada yaşanan quraqlıq taxıl qıtlığına səbəb ola bilər

Kanadada quraqlıq məhsuldarlığın azalması və beynəlxalq bazara taxıl tədarükündə ciddi problemlərlə nəticələnə bilər.

Müvafiq xəbərdarlıq Bloomberg agentliyi tərəfindən edilib.

İlin ilk üç ayı Kanadada son 45 ilin ən quraq dövrü olub. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Alberta, Saskaçevan və Manitoba kimi ən mühüm kənd təsərrüfatı əyalətlərinə 2022-ci il sentyabrın 1-dən bəri iqlim normasından 60 faiz az yağıntı düşüb.

Kanada dünyanın ən böyük raps tədarükçüsü və böyük buğda ixracatçısıdır. Quraqlıq yaz əkininə və bitkinin sonrakı inkişafına mane ola bilər. Qara dəniz regionundan taxıl ixracı ilə bağlı qeyri-müəyyənlik və ABŞ-nin bəzi regionlarında müşahidə olunan quraqlıq vəziyyəti daha da çətinləşdirir.

Ukraynadakı vəziyyət, Avropa ittifaqı və ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar taxıl tədarükündə problemlərə səbəb olub ki, bu da bəzi ölkələrdə ərzaq böhranı riskini artırır. İlin əvvəlindən bəri dünya bazarında buğda və qarğıdalının qiymətləri nəzərəçarpacaq dərəcədə artıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər