26 C
Baku
Tuesday, July 16, 2024

Kanadada yeni hökumət yaxın günlərdə qurulacaq

Kanadanın baş naziri Castin Trüdo oktyabr ayında yeni hökumət quracaq.

TASS xəbər verir ki, bu barədə baş nazir özü jurnalistlərə açıqlamasında bildirib.

Trüdo qeyd edib ki, artıq vitse-prezident və maliyyə naziri vəzifələrini tutacaq şəxslərin adı məlumdur.

Qeyd edək ki, sentyabrın 20-də Kanadada növbədənkənar parlament seçkiləri keçirilib. Liberal Partiya parlamentin aşağı palatasında 338 mandatdan 159-nu qazanıb ki, bu da Trüdoya baş nazir postunu saxlamağa imkan yaradıb.

Son xəbərlər
Digər xəbərlər