-1 C
Baku
Sunday, December 15, 2024

Kanadada yerli uşaqlara 31 milyard dollar ayrılacaq

Kanadada ayrı-seçkiliyə məruz qalan yerli uşaqlara yardım məqsədilə 31 milyard dollara qədər təzminat ayrılması nəzərdə tutulub.

Məlumatı BBC yayıb.

Məlumata görə, bu ilin sentyabr ayında bir məhkəmə yerli uşaqların sosial təminat sistemi altında başqalarından daha əlverişsiz vəziyyətdə olduğunu bildirərək 2006-cı ildən sonra sosial təminat sisteminə daxil olan hər yerli uşağı əhatə etmək üçün cəmi 31 milyard dollar ödəməyə qərar verib.

Bildirilib ki, hökumət əvvəlcə qərardan şikayət edəcəyini açıqlayıb. Ancaq keçmiş internat məktəblərinin yerləşdiyi ərazilərdə yerli uşaqlara məxsus olduğu bilinən 1100-dən çox adsız məzar aşkar edildikdən sonra hökumətə ictimai təzyiq artıb.

Bu il iyunun 24-də Sakatçevan əyalətindəki “Marieval” internat məktəbinin bağçasında qeydiyyata alınmamış 751 uşaq cəsədi olan qəbirlər aşkar edilib.

30 iyun 2021-ci ildə “Eugene” missiya məktəbinin yaxınlığında 182 uşaq qalıqları olan qəbirlər müəyyənləşdirilib.

31 milyard dollar yerli uşaqların yaşadığı ailələrdə rifahının yaxşılaşdırılması məqsədi üçün ayırlacaq.

Qeyd edək ki, 1831-1996-cı illər arasında fəaliyyət göstərən kilsə internat məktəbi təxminən evlərindən və ailələrindən zorla alınan 150 000 hindu uşağına ev sahibliyi edib. Bu kimsəsiz uşaqlardan bir çoxu fiziki və cinsi təcavüz, qidalanma səbəbi ilə həyatını itirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər