9 C
Baku
Saturday, December 28, 2024

Kanadadakı Google əməkdaşlarının 25 şikayəti

Internetdə hər yerdə Kanadadakı Google əməkdaşlarının 25 narazılığı barədə məlumatlar gəzir. Azərbaycanlı işçilər bunu açıq-aşkar “trollinq” kimi qiymətləndirərdilər. Ah, bu ərköyün kanadalılar… Gəlin görək onlar nədən narazıdırlar.

1. Əməkdaşlara rəhbərlik edilməsi haqqında təlimatlar bir səhifədən də çox yer tutur.

2. Evdə işləyəndə, mən səhər, nahar və şam yeməyini özüm etməyə məcbur oluram.

3. Mən masaj kreslosunun parametrləri arasında heç bir fərq görmürəm.

4. Bizim binada klassik oyun avtomatları seçimi çox məhduddur, ona görə də digər korpusa getməyə məcbur oluruq.

5. Mən qeyri-məhdud pulsuz yeməkdən kökəlirəm.

6. Şirkət tərəfindən verilən telefona təzəcə alışıram ki, onlar yeni model telefon paylayırlar və mən məcbur oluram yenisinə öyrəşim.

7. Nahar vaxtı mənə qədər bütün pizzalar yeyilir və mən steyk yeməyə məcbur oldum.

8. İdmana getməklə əlavə vaxt sərf etməməyə görə mənim korpusumda idman etməyim üçün məşq zalı açılmalıdır.

9. Otuz düym monitor dağ mənzərəsini bağlayır.

10. Verilən qulaqcıqlar mənim saç düzümümü dağıdır.

11. Mənim iş yerim iki mətbəxdən də eyni məsafədə yerləşir və hər dəfə hansına gedəcəyim barədə fikirləşmək məcburiyyətində qalıram.

12. Bu il verilən 8 futbolkadan 5-i qara rəngdədir. Bu məni qıcıqlandırır. Mən daha çox göy rəngi sevirəm.

13. Şirkətin təşkil etdiyi ziyafətdə paraşütlə tullanma zamanı 50 saniyəlik sərbəst uçuş vəd edilmişdi, lakin videoya baxarkən tullanışın 41 saniyə çəkdiyini gördüm.

14. Hərdən hansısa içki dalınca mətbəxə gedəndə, ayın olur ki, onu təzəcə soyuducuya qoyublar və butulkalar kifayət qədər soyumayıb.

15. Mənim kabinetimdəki divan boyum bərabərində uzanmağım üçün yetəri qədər uzun deyil.

16. Google-dakı pulsuz yeməklərə görə mən artıq bir neçə ildir ki, yemək hazırlamıram və kulinarlıq vərdişlərimi itirmişəm.

17. Mən şirkətin hesabına digər ofislərə səyahət edərkən həmin yerlərdəki yeməklər mənə tanış gəlmir və mən nə seçəcəyimə qərar verə bilmirəm.

18. Mən bizim dənizdə keçirilən ziyafətdə yanmışam.

19. Bilyard kiyləri üçün tabaşir bilyard stolunun rənginə uyğun deyil.

20. Mən səhər yeməyi zamanı o qədər doyuram ki, nahara acıya bilmirəm.

21. Oyun otağında yalnız bir “bean bag” (torba kreslo) olduğuna görə Call of Duty oynayanda məcbur olub, stulda oturdum.

22. Biz mebeldən katapulta hazırladıq, lakin tavan o qədər aşağı idi ki, portağalları 45 metrdən daha böyük məsafəyə atmaq mümkün olmadı.

23. Səhərlər mən Harbour Bridge-i seyr edə bilmirəm, belə ki, Sidneydə gün çıxmağa başlayır və mən jalüzləri bağlamağa məcbur oluram.

24. Mənə artıq üç aydır ki, futbolka verilmir.

25. Suşi hazırlayan aşpaz xərçəng ruletinə yetəri qədər ayoli sousu qoymur.

Son xəbərlər
Digər xəbərlər