11 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

Kanadadakı restoranlar şəbəkəsi bitkoin sayəsində gəlirini beş qat artırıb

Kanadadakı “Tahinis” restoranlar şəbəkəsi bitkoin sayəsində gəlirini 460% artırıb. Qeyd edək ki, şəbəkə xalis mənfəətini 2020-ci ilin avqustundan başlayaraq kriptovalyutaya yatırır.

Banker.az xəbər verir ki, onun həmtəsisçisi Əli Hamam qeyd edir ki, “Tahinis” hər ay, hətta dəyərinin 64 min dolları keçdiyi günlərdə belə bitkoinə sərmayə qoymağa davam edir.

Son bir ildə “Tahinis”in satışları 8 milyon dolları keçib. Şəbəkə hazırda səkkiz restorana sahibdir və gələn il daha 20 satış nöqtəsi açmağı planlaşdırır. Əli Hamam ümumi inflyasiya fonunda bitkoinə sərmayə yatırmaq perspektivlərini gördüyünü bildirir. “Quş əti 45%, mal əti 25%, idxal malları və ədviyyatlar 65%, yağlar isə 110% bahalaşıb. Buna görə də, pulunuzu bitkoinə yatırmaq məqsədəuyğundur. Bu kriptovalyutanın dəyərindəki artım yaxın on onillikdə görəcəyimiz hər hansı inflyasiya səviyyəsini üstələyir”, – deyə restoranlar şəbəkəsinin həmtəsisçisi əlavə edib.

Xatırladaq ki, noyabrın 9-da bitkoinin qiyməti rekord 69 min dollara çatıb. 22 noyabrda olan məlumata görə, dünyanın ən populyar kriptovalyutası 57.2 min dollar olaraq qiymətləndirilir. Həftə ərzində sikkənin qiyməti 12%-dən çox düşüb.

Son xəbərlər
Oxşar xəbərlər
X