Kanadalı milyarder “The Economist”in 27%-ni £300 milyona alır

Kanadalı milyarder Stiven Smitə məxsus “Smith Financial” holdinqi “The Economist” nəşriyyat qrupunun iri səhm paketinin alışı barədə razılıq əldə edib. Bu barədə “The Financial Times” məlumat yayıb. Son on ildə ilk sahib dəyişikliyi sayılan bu sövdələşmə Linn Forester de Rotşild, onun ailəsi və ailə fonduna məxsus 26,9% səhmin satışını nəzərdə tutur. Qəzetin mənbələrinə görə, sövdələşmənin dəyəri təxminən 300 milyon funt sterlinq təşkil edir.

“Bu investisiya cənab Smitin The Economist-in uzunmüddətli redaksiya müstəqilliyi ənənəsinə tam dəstəyini əks etdirir və jurnalın strategiyası ilə fəaliyyətinin dəyişmədən davam etməsinə imkan verəcək”, — deyə “Smith Financial”da bildirilib. Sövdələşmənin şərtləri açıqlanmır.

“Financial Times” qeyd edir ki, maliyyə xidmətləri sahəsində varlanan və “First National Financial” şirkətinin həmtəsisçilərindən biri olan Stiven Smit üçün bu, mediaya ilk böyük investisiyadır.

“The Economist Group” mürəkkəb mülkiyyət strukturunu qoruyur: ən böyük pay (43,4%) Anelli ailəsinin nəzarətində olan “Exor” holdinqinə məxsusdur. Bununla yanaşı, heç bir səhmdar 20%-dən çox səs hüququna malik deyil.

Son xəbərlər
Digər xəbərlər