10 C
Baku
Tuesday, December 23, 2025

Kanadanın Alberta əyalətində ölkənin tərkibindən çıxmaqla bağlı referendum keçiriləcək

Kanadanın Alberta əyalətinin Seçki Komissiyası ölkənin tərkibindən çıxmaq təşəbbüsünü dəstəkləyən imzaların toplanmasına razılıq verib. Bu barədə CBS məlumat yayıb.

Kampaniyanı Alberta Prosperity Project (“Alberta Rifah Layihəsi”) adlı ictimai təşkilat başladıb. İl sonunadək təşkilat maliyyə direktorunu təyin etməlidir, bundan sonra imzaların toplanması üçün dörd ay vaxtı olacaq.

Təşəbbüsün irəli sürülməsi üçün əyalətin təxminən 178 min sakininin dəstəyi tələb olunur. Onlara belə bir sual ünvanlanacaq: “Alberta əyalətinin artıq Kanadanın tərkibində olmaması və müstəqil dövlətə çevrilməsi ilə razısınızmı?”

Qeyd olunur ki, fəallar daha əvvəl də referendumun keçirilməsi üçün müraciət ediblər, lakin məhkəmə onu konstitusiyaya zidd hesab edib. Dekabrın əvvəlində isə əyalət hökuməti vətəndaş təşəbbüsü ilə referendumların keçirilməsi qaydalarını yenidən nəzərdən keçirib.

Son xəbərlər
Digər xəbərlər