Kanadanın Baş naziri Castin Trüdonun cümə günü Nazirlər Kabinetində dəyişiklik edəcəyi gözlənilir.
Bir ki, bu barədə CBC telekanalı mənbələrə istinadən məlumat verib.
Məlumata görə, bu, Baş nazirin müavini və maliyyə naziri Xristi Frilandın gözlənilməz istefası, mənzil, infrastruktur və icmalar naziri Şon Freyzerin şəxsi səbəblərdən hökuməti tərk etmək istəməsi ilə əlaqədardır.
Xatırladaq ki, dekabrın 16-da Friland istefasını elan edib, Freyzer də həmin gün hökumətdən istefa verdiyini elan edib. Bu, baş nazirə müxalifət, bir sıra ictimai xadimlər tərəfindən tənqidlərə səbəb olub və Kabinetini idarə edə bilmədiyi üçün dərhal istefası tələb olunub. Üstəlik, bir sıra liberal deputatlar Trüdonun Kanada Liberal Partiyasının rəhbəri vəzifəsini tərk etməsin lehinə çıxış ediblər. Baş nazir vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib.