Kanadanın Baş naziri Castin Trüdo Liberal Partiyasının sədrliyindən istefa verəcəyini, lakin yalnız yeni lider seçildikdən sonra bunu edəcəyini bildirib.
Baş nazir, həmçinin Kanadanın general-qubernatoru Meri Saymondan milli parlamentin işini martın 24-dək dayandırmağı xahiş edib. Bu addım, Trüdoya müxalifət partiyalarının yanvarın sonunda keçirəcəyi etimad səsverməsindən yayınmağa şərait yaradacaq.