9 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Müharibədə Azərbaycana dəstəyə görə Türkiyəyə satışları dayandıran şirkəti müflis olub

Kanadanın İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verdiyi üçün Türkiyəyə silah embarqosu qoyan müdafiə şirkəti müflis olub.

Kanadanın “Telemus Sistemleri Inc.” şirkəti müharibə dönəmində Türkiyə Aerokosmik Sənayesi şirkəti satışları dayandırıb.

Hərbi pilotsuz uçuş aparatlarında istifadə üçün geniş çeşiddə elektron məmulatlar istehsal edən şirkət embarqonun mənfi maliyyə təsirləri səbəbindən Kanada hökuməti ilə Türkiyəyə ixrac icazəsi üçün bir neçə dəfə danışıqlar aparmağa cəhd etsə də, heç bir nəticə əldə edə bilməyib.

Qeyd edək ki, şirkət bu il iyulun 31-də hasilatı dayandırmazdan əvvəl 1,1 milyon ABŞ dolları xalis zərər görüb.

Xatırladaq ki, Kanada hökuməti 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında yer aldığı üçün Türkiyəyə silah embarqosu tətbiq etmişdi.

Rəsmi Ottava erməni mövqelərinə qarşı istifadə edilən türk pilotsuz uçuş aparatlarında Kanada texnologiyasından istifadə edildiyini iddia edərək, 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi ixracına embarqo qoyub, 2021-ci ilin aprelində isə “Telemus Sistemleri Inc.” şirkətinin ixrac icazələrini ləğv edib.

Son xəbərlər
Oxşar xəbərlər
X