“Kandid yaxud optimizm”- Volterin ən çox oxunan və təkrar nəşr olunan əsəridir.
- Çöl heyvanları istədikləri kimi gəzib dolaşırlarsa , insanın da belə bir hüququ olmalıdır
- Müharibədə şeypurların, düdüklərin , təbillərin topların bir-birinə qarışan səsi elə bir harmoniya yaradır ki, beləsi heç cəhənnəmdə də olmur
- Səbəbsiz nəticə olmur, hər şey zərurət adlanan bir zəncir həlqələrinə uyğun baş verir, özü də yaxşılığa doğru yönəlir
- Çörəyi dizinin üstündə olan birinə yemək vermək də düzgün iş deyil
- Yaxşılığa doğru getmək, bütövün zəruri olan bir kəsimidir
- İnsanlar təbiətin işini necə korlayır, təbiət onları yırtıcı olaraq yaratmır, onlar özləri bunu istədiklərindən buna çevrilirlər
- Silahları Tanrı onlara bağışlamayıb bu, onların öz yaramaz düşüncəsinin məhsuludur
- Azadlıq ancaq mütlək zərurət kimi gerçəkləşə bilər
- Yaşadığımız bu dünya, mümkün olan dünyaların ən yaxşısıdırsa, onda görəsən o biri dünyalar nə gündədir
- Qadınlar heç yerdə itib-batmırlar, Tanrı özü onların qayğısına qalır
- Bir yerdə ağ günə çıxa bilmədinizsə, onda uğurunuzu başqa yerdə axtarın
- İnsanın öz içində çəkdiyi gizli qüssə, onun üzbəüz qaldığı ictimai fəlakətdən daha amansızdır
- İnsan ara sıra öz cinayətinə görə bu dünyada da öz cəzasını alır
- Dünyadakı yamanlıqlar rəsm əsərində gözə dəyən kölgələr kmidir
- Başqalarının ağlı ilə düşünməyə alışmaq dəhşətlidir
- Düşündüyünü demək insanın ən böyük üstünlüdür
- Umacaqlarımız olmasa , ömrümüzü nə ilə bəzəyərdik
- İş-güc bizim yaxamızı üç böyük yamanlıqdan qurtarır ; darıxmaq , aslılıq və korluq çəkmək
- Bədəni torpaqdan olan , gərək i.ləyib əyin-başını , yemək –içməyini də torpaqdan çıxarsın
Aliyə Nuruyeva