15 C
Baku
Şənbə, May 28, 2022

Kapital Bank əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi

11 aprel 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə ağacəkmə aksiyası keçirildi. Təşəbbüs çərçivəsində Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 51 hektar ərazidə ölkə banklarının əməkdaşlarının iştirakı ilə müxtəlif ağaclar əkildi. 

Foto 5 2

Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABA-nın prezidenti Zakir Nuriyev, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Yaşar Məmmədov, bankın əməkdaşları və digər rəsmi şəxslər iştirak edirdi. Aksiya çərçivəsində ağacların əkilməsi ilə yanaşı, həmçinin damcılı suvarma sisteminin qurulması işləri də həyata keçirilib.

Foto 2 4

Bu tədbir Azərbaycan Banklar Assosiasiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində imzalanan anlaşma memoranduma əsasən baş tutub.

Foto 3 4

Qeyd edək ki, Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq ölkə üzrə müxtəlif ağacəkmə aksiyalarına dəstək göstərir. Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə işğaldan azad olunan Zəngilan rayonunda “Zəfərdən Dirçəlişə” adlı aksiyada da iştirak edib.

Foto 4 3

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Son xəbərlər
Oxşar xəbərlər