12 C
Baku
Saturday, November 23, 2024

“Kapital Bank” 180 milyon manata yaxın mənfəət açıqladı

“Kapital Bank” ASC 2021-ci ili 179 milyon 963 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ilin eyni dövründə isə bankın mənfəəti 302 milyon 968 min manat təşkil edib.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

2021-ci ildə Kapital Bankın faiz gəlirləri 33 milyon 997 min manat artaraq 474 milyon 180 min manat, qeyri-faiz gəlirləri isə 84 milyon 397 min manat artaraq 300 milyon 837 min manat təşkil edib. 2020-ci ildə isə Kapital Bankın faiz gəlirləri 440 milyon 183 min manat, qeyri-faiz gəlirləri 216 milyon 440 min manat təşkil etmişdi.

Ötən il Kapital Bankın faiz xərcləri 17 milyon 948 min manat artaraq 68 milyon 748 min manat, qeyri-faiz xərcləri isə 69 milyon 841 min manat artaraq 337 milyon 375 min manat təşkil edib.

AKTİVLƏRİ 7 MİLYARD MANATA YAXINLAŞIB

Bu il yanvarın 1-nə “Kapital Bank”ın aktivləri 6 milyard 710 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28.4% çoxdur. Bunun 2 milyard 653 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 2021-ci ildə Bankın kredit portfeli 22% böyüyüb.

BANKIN DEPOZİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə bankın depozit portfeli 36.4% 5 milyard 192 milyon manat, o cümlədən fiziki şəxslərin depozitləri 9.1% artaraq 1 milyard 165 min manat, hüquqi şəxslərin depozitləri isə 47% artaraq 4 milyard 28 milyon manat olub.

KAPİTALI ARTIB

2021-ci il 31 dekabr tarixinə “Kapital Bank”ın kapitalı 648 milyon 196 min manat olub ki, bu da illik müqayisədə 2.2% artım deməkdir. Əvvəlki ilin eyni dövründə isə bankın kapitalı 634 milyon 195 min manat təşkil edib.

k1 k2

 

Son xəbərlər
Digər xəbərlər