“Kapital Bank” ASC-nin emissiya etdiyi 20 mln. manatlıq imtiyazlı səhmlər Azərbaycan Mərkəzi Bankı tərəfindən qeydiyyata alınıb.
Bu barədə Banker.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata istinadən xəbər verir.
Məlumatda qeyd edilir ki, hər bir səhmin qiyməti 12.39 manat olmaqla 1 614 205 ədəd səhm emissiya ediləcək.
Bu səhmlərində ümumi dəyəri dəqiq olaraq 19 999 999.95 mln. manat təşkil edəcəkdir.