®Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 oktyabr 2025-ci il tarixinə 12.06 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.43 milyard manat olub.
1 oktyabr 2025-ci il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 8.67 milyard manat təşkil edib. Bankın 1 oktyabr 2025-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1.09 milyard manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 229 milyon manat olub.
Qeyd edək ki, Kapital Bank “Moody’s” və “Standard & Poor’s” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.