12 C
Baku
Saturday, November 23, 2024

“Kapital Bank” 242 milyon manatdan çox xalis mənfəət açıqladı

“Kapital Bank” ASC 2023-cü ilin 4-cü rübünü 242 milyon 209 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə isə bankın mənfəəti 308 milyon 47 min manat təşkil edib.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

2023-cü ilin ilk 3 ayında Kapital Bankın cəmi gəlirləri 1 milyard 180 milyon manat (əvvəlki ilə nisbətən 18% çox), xərcləri 759 milyon 593 min manat təşkil edib.

AKTİVLƏRİ 8 MİLYARD MANATI KEÇİB

Bu il yanvarın 1-nə “Kapital Bank”ın aktivləri 8 milyard 660 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 11% çoxdur. Bunun 4 milyard 272 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 2023-cü ilin ilk rübündə Bankın kredit portfeli 35.3% böyüyüb.

BANKIN DEPOZİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə bankın öhdəlikləri 6 milyard 996 milyon manatdan 7 milyard 748 milyon manata çatıb. “Kapital Bank”ın depozit portfeli 4% artaraq 6 milyard 322 milyon manat təşkil edib. O cümlədən, fiziki şəxslərin depozitləri 1 milyard 906 min manat, hüquqi şəxslərin depozitləri isə 4 milyard 415 milyon manat olub.

k1 k2

Son xəbərlər
Digər xəbərlər