“Kapital Bank” ASC 25 milyon ABŞ dolları dəyərində istiqraz buraxacaq.
Banker.az bunu dərc olunan emissiya prospektinə istinadən xəbər verir.
Bildirilir ki, hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 250 000 ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar buraxılacaq.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 7 faiz təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül hər 30 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənilir.
Qeyd edilən buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 7 il müddətində, ildə günlərin sayı 360 olaraq götürülməklə hesablanacaq.
Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçirilir. Sonuncu kupon ödənişi tədavül müddətinin sonunda istiqrazların nominal dəyəri ilə birlikdə ödəniləcəkdir.