6 C
Baku
Saturday, December 14, 2024

“Kapital Bank” 3 ayda xarici valyutanın alış-satışından 8 milyon manat qazanıb

Kapital Bank 2022-ci ilin yanvar-mart aylarında xarici valyuta ilə əməliyyatlardan (məzənnə dəyişməsi daxil olmaqla) 7 milyon 789 min manat gəlir əldə edib.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ilin 31 mart tarixinə isə “Kapital Bank”ın xarici valyuta ilə əməliyyatlardan gəliri 5 milyon 458 min manat olub ki, bu da illik müqayisədə 2 milyon 331 min manat artım və ya 43% artım deməkdir.

Bankın bu il alınan haqq və komissiyadan gəliri 77 milyon 914 min manat təşkil edib. 2021-ci ilin eyni dövrlərində bu göstərici 52 milyon 643 min manat olub.

Son xəbərlər
Digər xəbərlər