7 C
Baku
Sunday, February 5, 2023

Kapital Bank 308 mln. manat xalis mənfəətlə ili tamamladı – Aktivlər 8 mlrd.-a çatdı

XƏBƏR YENİLƏNİB:

“Kapital Bank” ASC 2022-ci ildə 308 mln. manat xalis mənfəət əldə etdiyini açıqladı.

Banker.az bunu bankın özü tərəfindən tərtib edilən maliyyə hesabatına istinad edir.

Məlumata görə, onun faizlərdən gəlirləri 609.37 mln. manat olmaqla 2021-ci ildən 28% yuxarı olub. Faiz gəlirlərinin də 485.3 mln. manatı kreditlər üzrə faiz gəlirləridir.

Faiz xərcləri isə 84.06 mln. manat təşkil edib və beləliklə onun xalis faiz gəlirlərinin 405.43 mln. manatdan 525.31 mln. manata yüksəlməsinə səbəb olub.

Ölkənin ən iri xidmət şəbəkəsinə sahib “Kapital Bank” 2022-ci ildə 393.91 mln. qeyri-faiz və 458.77 mln. manat qeyri-faiz xərci olub.

Bu xalis mənfəətdən sonra onun balansındakı bölüşdürülməmiş mənfəət 517.82 mln. manata yüksəlib.

 

23213123

BALANSI

2022-ci il bankın tarixində aktivlərin 8 mlrd. manata çatmasını da əlamətdar hadisə saymaq olar. Aktivlər son bir ildə 1 mlrd. 112.64x mln. manat, yaxud 17% artımla  7 mlrd. 822.16 mln. manata yüksəldi.

Aktivlərin əsas hissəsi müştərilərə verdiyi kreditlərdir ki, burada da aktivlərlə eyni artım dinamikası olub. Müştərilərə verilən kreditlərin həcmi 3 mlrd. 157.77 mln. manatdır. O cümlədən, bunun 1 mlrd. 833.11 mln. manatı istehlak kreditləri, 908.34 mln. manatı biznes və 416.32 mln. manatı isə ipoteka kreditlərindən formalaşıb.

Aktivlərin ikinci ən böyük hissəsini təşkil edən qiyməti kağızlar portfeli isə 2 mlrd. 475.05 mln. manat olub.

Bankın öhdəliklərinin həcmi hesabat müddətinin sonuna 6 mlrd. 995.15 mln. manat olmaqla illik müqayisədə 6% artıb. Burada 1 mlrd. 642.45 mln. manatı fiziki şəxslərin depozitləri və 4 mlrd. 456.45 mln. manatı isə hüquqi şəxslərin depozitləridir.

 

 

Son xəbərlər
Digər xəbərlər
X