“Kapital Bank” ASC 2022-ci ilin 2-ci rübünü 127 milyon 71 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ilin eyni dövründə isə bankın mənfəəti 99 milyon 772 min manat təşkil edib.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
2022-ci ilin 6 ayında Kapital Bankın cəmi gəlirləri 480 milyon 348 min manat (əvvəlki ilə nisbətən 32% çox), xərcləri 256 milyon 122 min manat təşkil edib. 363 774
AKTİVLƏRİ 8 MİLYARD MANATA YAXINLAŞIB
Bu il iyulun 1-nə “Kapital Bank”ın aktivləri 7 milyard 606 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 33% çoxdur. Bunun 3 milyard 137 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 2022-ci ilin 2-ci rübündə Bankın kredit portfeli 36.5% böyüyüb.
“Kapital Bank”ın istehlak kreditləri illik müqayisədə 389 milyon manat artaraq 1 milyard 825 milyon manata, biznes kreditləri 362 milyon 372 min manat artaraq 962 milyon 281 min manata, daşınmaz əmlak kreditləri isə 86 milyon 443 min manat artaraq 349 milyon 520 min manata çatıb.
BANKIN DEPOZİT PORTFELİ KƏSKİN BÖYÜYÜB
Hesabat dövründə bankın öhdəlikləri 5 milyard 150 milyon manatdan 6 milyard 978 milyon manata çatıb. “Kapital Bank”ın depozit portfeli 38% artaraq 6 milyard 88 milyon manat təşkil edib. O cümlədən, fiziki şəxslərin depozitləri 1 milyard 905 min manat, hüquqi şəxslərin depozitləri isə 4 milyard 183 milyon manat olub.
2022-ci il 30 iyun tarixinə “Kapital Bank”ın kapitalı 627 milyon 655 min manat olub. Əvvəlki ilin eyni dövründə isə bankın kapitalı 563 milyon 327 min manat təşkil edib.