3 C
Baku
Saturday, December 14, 2024

“Kapital Bank” 9 milyon manat dividend ödəyəcək

“Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Yığıncaqda Bankın imtiyazlı səhmlərinin sahiblərinə dividend ödənilməsinə qərar verilib.

Qərara əsasən, “Kapital Bank”ın 265,85 milyon manatlıq nizamnamə kapitalının 60 milyon manatlıq hissəsini təşkil edən 4 842 615 ədəd imtiyazlı səhmin hər birinə görə onun nominal dəyərinin (12,39 manat) 15 %-i qədər – 1,8585 manat dividend ödəniləcək. Beləliklə, dividend ödənişinin ümumi məbləği 9 milyon manat təşkil edəcək.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Bankın səhmlərinin 81,08 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 18,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər