Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə avqustun 29-dan “Kapital Bank” ASC-nin imtiyazlı, adlı, sənədsiz səhmləri BFB-də standart bazar seqmentində listinqə daxil olunub.
BFB-dən Banker.az-a bildiriblər ki, ticarətə buraxılan istiqrazların sayı 3 milyon 228 min 410 ədəd, qiyməti 12,39 manatdır. Ticarətə avqustun 30-dan başlanılacaq. Səhmlərin yerləşdirməsi üzrə anderayter “PAŞA Kapital İnvestisiya şirkəti” QSC-dir.
Eyni zamanda, “Kapital Bank”ın hazırda tədavüldə olan adi adlı sənədsiz səhmləri Listinq Komitəsinin qərarı ilə standart bazar seqmentinə daxil edilib.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.