Kapital Bank-da yeni təyinatlar olub

  • 1K
  •  
  •  
  •  

Kapital Bank-ın strukturunda dəyişikliklər və yeni  təyinatlar olub.

 
Bankdan Banker.az-a daxil olmuş məlumata görə, Müştəri Menecmenti departamentinin direktoru Samir Məmmədov Baş Marketinq İnzibatçısı, Komplayens departamentinin direktoru Kamal Abdullayev Baş Komplayens İnzibatçısı vəzifəsinə təyin olunub.

Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov İdarə Heyəti sədrinin müşaviri təyin olunub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Həmçinin İlahə Qazıyeva Əməliyyat departamentinin, Nəsimi Xasiyev Kiçik və Orta Sahibkarlarla İş departamentinin, Tural Ayvazlı isə Filial Şəbəkəsinin İdarə Edilməsi departamentinin direktoru təyin olunub.

 
İT İnfrastruktur departamentinin direktoru Renad Cəfərov Bank Sistemlərinin İdarə Edilməsi departamentinin direktoru təyin olunub.


  • 1K
  •  
  •  
  •