9 C
Baku
Friday, December 13, 2024

Kapital Bank dollar depozitlərinin faizini minimuma endirdi

 

Son günlərdə Dollara tələbatın artacağı və məzənnənin yüksələn istiqamətdə dəyişəcəyi istiqamətində şayələr artmaqdadır. Xatırlayırsızsa bir neçə gün əvvəl Banklarımızda Dollar depozitlərinə təklif edilən şərtləri araşdırmışdıq. Hal-hazırda həmin məlumatlara əsasən yenidən kiçik bir araşdırma apardıq və məlumumuz oldu ki, ölkənin qabaqcıl Banklarından olan Kapital Bank USD depozitlərinə təklif etdiyi faiz dərəcəsini 1 illik 0.5%-dən 0.1%-ə endirib. Böyük ehtimalla,digər banklarda bu tendensiyadan kənarda qalmayacaq – yaxın günlərdə onlarında dollar depozitlərinin faizlərində azalmalar olacaqdır.

Diqqəti çəkən məqamlardan biridə odurki, dünən Kapital Bank  dolları ən ucuz satan bank siyahısında birinci olmuşdur. Buna qədər bank dolları ucuz satan banklar siyahısında top 10-luğa daxil deyildir.

 

Son xəbərlər
Digər xəbərlər