15 C
Baku
Monday, April 21, 2025

“Kapital Bank” dollarda olan qiymətli kağızlar portfelini $796 mln.-a qaldırıb

“Kapital Bank” ASC 2025-ci ilin ilk rübündə  ABŞ dollarında olan qiymətli kağızlar üzrə aktivlərini artırıb.

Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, bu göstərici 2025-ci ilin I rübündə 1 milyard 355.5 milyon manat (təxminən 796 milyon ABŞ dolları) təşkil edib. Halbuki, cari ilin əvvəli bu rəqəm 1 162,624 milyon manat (~ 682 milyon ABŞ dolları) idi.

Bu isə rüblük müqayisədə təxminən 16.6% artım deməkdir.

Bundan əlavə, “Kapital Bank”ın qiymətli kağızlar portfelində milli valyutada olan aktivlərin həcmi 1 milyard 694.29 milyon manat olub.

“Kapital Bank”ın qiymətli kağızlar portfeli müddətlərə görə belə bölünüb: 1 ilə 2 il arasında olanlar 1 milyard 655.73 milyon manat, 2 ildən 5 ilə qədər olanlar 1 milyard 281.58 milyon manat, 5 ildən çox müddətli kağızlar isə 541.59 milyon manat təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər