16 C
Baku
Friday, May 2, 2025

“Kapital Bank” elektron pul təşkilatına əlavə maya qoyub və payı 99.99%-ə yüksəlib

2024-cü il ərzində “Kapital Bank” törəmə şirkəti olan “PashaPay” MMC-nin nizamnamə kapitalına birbaşa 22 milyon manat həcmində əlavə investisiya yatırıb. Bu elektron pul təşkilatı hazırda “m10” və “MilliÖn” ödəniş sistemlərinə sahibdir.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, bununla da 1 yanvar 2025-ci il tarixinə “PashaPay” MMC-nin səhm kapitalı 40 milyon 222 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2023-cü ilin sonunda 18 milyon 22 min manat idi.

Bank elektron ödənişlər və nağd ödəniş terminalları bazarında fəaliyyət göstərən “PaşaPay” MMC-dəki payı 99,99%-dir. Bank 10 mart 2022-ci il tarixində törəmə müəssisəsi olan “BirKart BOKT” vasitəsilə səhm kapitalının əlavə 79%-ni almaqla “PashaPay” MMC-nin sahibinə çevrilmişdir.

Hesabat dövrünün sonuna “Kapital Bank”ın digər törəmə müəssisəsi, 2020-ci ildə təsis edilmiş “Red Hearts” Xeyriyyə Fondu da bankın 100%-lik mülkiyyətində qalır.

31 dekabr 2024-cü il tarixində fondun buraxılmış və ödənilməmiş səhm kapitalı 35 səhm əsasında 35 manat təşkil edib və hər səhm 1 manat nominal dəyərlə tam şəkildə ödənilib.

Bankın rəhbərliyi keçən il Banker.az-a açıqlamasında bank olmayan kredit təşkilatı “Birkart” MMC vasitəsilə həyata keçirilən investisiyalar bankın strateji maliyyə planının tərkib hissəsi olduğunu və bu sərmayələr orta və uzunmüddətli dövrdə gəlir gətirəcəyinə inandığını bildirib.

“PashaPay” MMC 2022-ci ilin iyuluna qədər “Komtec LTD” MMC adlandırılırdı. “MilliÖN” ödəniş sistemi PASHA Holding-in idarəetməsinə keçdikdən sonra hüquqi adı olan “Komtec LTD” “PashaPay” olaraq rebrendinq edib.

Son xəbərlər
Digər xəbərlər