6 C
Baku
Monday, December 16, 2024

“Kapital Bank” Vyanada Euromoney – 2017 forumunda iştirak edir

Kapital Bank 17-18 yanvar tarixlərində Vyanada keçirilən Euromoney – 2017 forumunda iştirak edir. Ənənəvi olaraq hər ilin əvvəlində maliyyə sektorunun ən nüfuzlu tədbiri olan Mərkəzi və Şərqi Avropa ölkələri forumu keçirilir.

Foruma Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti də qatılıb. Tədbirdə iştirak edən dövlət rəsmiləri, investorlar, beynəlxalq təşkilatların və maliyyə qurumlarının nümayəndələri, regionda olan cari məsələlər və problemləri müzakirə edib, eləcə də cari il üçün inkişaf planlarını açıqlayıblar.

“Beynəlxalq tədbirlərdə iştirak dünyanın müxtəlif şirkətlərinin inkişaf fəaliyyəti barədə aktual məlumatların toplanmasına köməklik edir. İki gün davam edəcək tədbirdə bir sıra iri bankların nümayəndələri ilə görüşlərimiz olacaq. Onlarla hazırki dünya maliyyə bazarının vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparacayıq. Əminəm ki, belə tədbirlərdə iştirak regionun lideri olan Kapital Bank-ı dünya miqyasında tanıdacaq”, – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov bildirib.

Qeyd edək ki, Kapital Bank bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər