5 C
Baku
Monday, December 30, 2024

Kapital Bank ev tikintisi üçün ipotekanı daha əlçatan etdi

®Kapital Bank hər zaman ev sahibi olmaq arzusunda olanlar üçün sərfəli şərtlərlə müxtəlif ipoteka kreditləri təklif edir. Belə ki, öz torpaq sahələrində fərdi yaşayış evi tikmək istəyənlər artıq daha uyğun və yenilənən şərtlərlə bu kredit məhsulundan yararlana bilərlər.

Ölkə ərazisində yaşayış təyinatlı fərdi ev və ya bağ evi tikmək istəyənlər artıq 20 ilədək müddətə, 250 000 manatadək və illik faiz dərəcəsi  7%-dən başlayan şərtlərlə ipoteka krediti əldə edə bilərlər.

Bu ipoteka kreditindən yararlanmaq üçün tikinti aparılacaq torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin, yəni çıxarışın olması və təminat olaraq istənilən şəxsə məxsus fərdi yaşayış sahəsinin, mənzilin, bağ evinin və ya qeyri-yaşayış sahəsinin təqdim edilməsi zəruridir.

Tikinti işləri həm fərdi olaraq, həm də Kapital Bank-la partnyor olan tikinti şirkətləri vasitəsilə də aparıla bilər. Müştərilər kredit üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər. Ətraflı məlumat üçün – https://kbl.az/etipt.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Tikinti Ipotekasi yeni

Son xəbərlər
Digər xəbərlər