13 C
Baku
Tuesday, May 7, 2024

“Kapital Bank” fiziki şəxslərdən cəlb etdiyi depozitləri 41% artırıb

2022-ci ildə “Kapital Bank” ASC-nin müştərilərdən cəlb etdiyi depozitlərin həcmi 6 mlrd. 098.63 mln. manata yüksəlib.

Banker.az xəbər verir ki, bu da illik müqayisədə 906.2 mln. manat, yaxud 17.5% artım deməkdir.

Bank hesabat ilində cəlb etdiyi depozitlərin 1 mlrd. 642 mln. manatı fiziki şəxslərin və 4 mlrd. 456 mln. manatı isə hüquqi şəxslərdən cəlb edilmiş vəsaitlər olub.

Fiziki şəxslərdən cəlb edilən vəsaitlərin həcmi illik müqayisədə 41% artarkən, hüquqi şəxslərdən cəlb edilənlər 11% artmış olub.

Qeyd edək ki, “Kapital Bank” ASC-nin 6 mlrd. 995 mln. manatının çox az hissəsi – 554.94 mln. manatı kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəliklərdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər