28 C
Baku
Saturday, July 27, 2024

Kapital Bank həftənin bütün günləri fəaliyyət göstərəcək

Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-Prisi ilə əlaqədar olaraq Kapital Bank-ın Səbail, İçəri Şəhər, Mərkəz, Xətai və Gənclik Mall filialları 10 iyun – 21 iyun tarixlərinədək şənbə və bazar günləri daxil, saat 09:00-dan, 21:00-dək fəaliyyət göstərəcək.Bu barədə məlumat Banker.az-a bankdan verilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər