12 C
Baku
Saturday, November 23, 2024

Kapital Bank Hüseyn Cavid filialını açdı

®Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank müştərilərə daha əlçatan olmaq məqsədilə yeni filialını istifadəyə verdi. Bu dəfə açılan filial Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Ə. Haqverdiyev və Ş. Mehdiyev küçələrinin kəsişməsində (Elmlər Akademiyası metro stansiyası, “Mothercare” mağazasının yaxınlığında) yerləşir. Hüseyn Cavid filialı müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.

Kapital Bank-ın Hüseyn Cavid filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. 

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək 70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq ilin sonuna qədər bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələri açılacaq, həmçinin bəzi filial və şöbələr əsaslı təmir olunaraq müştərilərin xidmətinə veriləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 109 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Foto 2 10

Foto 3 10

Son xəbərlər
Digər xəbərlər