16 C
Baku
Bazar, Oktyabr 17, 2021

Kapital Bank ikinci rübü mənfəət ilə başa vurdu

Screen Shot 2021 09 02 at 14.34.20

Kapital Bank cari ilin ikinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Banker.az xəbər verir ki, Kapital Bankın dövr üzrə xüsusi ehtiyatlara ayırmalardan əvvəl mənfəəti 132 milyon 520 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici üzrə bank 117 milyon 763 min manat mənfəət əldə etmişdir.

2020-ci ilin ikinci rübündə bankın faiz gəlirləri 215 milyon 843 min manat, faiz xərcləri 23 milyon 987 min manat, xalis faiz gəliri 191 milyon 856 min manat, qeyri-faiz gəlirləri 100 milyon 950 min manat olub.

BANKIN BÖYÜKLÜYÜ 4,8 MİLYARD MANATI AŞIB

Ötən ilin analoji dövrüylə müqayisədə Kapital Bankın cəmi aktivləri 1 milyard 207 milyon 288 min manat və ya 33% artaraq 30 iyun 2020-ci il tarixində 4 milyard 870 milyon 499 min manata çatıb. 2019-cu ilin 2-ci rübünün sonunda Kapital Bank 3 milyard 663 milyon 211 min manat cəmi aktivlərə malik idi.

KREDİTLƏR VƏ DEPOZİTLƏR ARTIB

Son 1 ildə Bankın kredit portfeli (müştərilərə verilən kreditlər) 504 milyon 841 min manat və ya 31% artaraq 2 milyard 154 milyon 116 min manata yüksəlib.

Kapital Bankda depozitlər isə 760 milyon 631 min manat və ya 27% artaraq 3 milyard 308 milyon 278 min manata çatıb.

30 iyun 2020-ci il tarixində Kapital Bank 508 milyon 550 min manat məcmu kapitala malik olub.

mn oh

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər