15 C
Baku
Sunday, November 24, 2024

“Kapital Bank” ilk rübdə 323 milyon manat cəmi gəlirə qarşı 71 mln. xalis mənfəət əldə edib

“Kapital Bank” ASC 2024-cü ilin ilk rübündə 323.5 milyon manat cəmi gəlirə qarşı 71.39 milyon manat xalis mənfəət əldə edib.

Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinad edir.

Keçən ilin ilk üç ayını əhatə edən rübdə 83.52 mln. manat xalis mənfəəti olmuşdu.

Hesabata görə, bankın faiz gəlirləri illik müqayisədə 15 faiz artaraq 191.23 mln. manat, qeyri-faiz gəlirləri 27 faiz artaraq 167.73 mln. manat olarkən, faiz xərcləri 80 faiz artaraq 41.92 mln. manata və qeyri-faiz xərcləri isə 27% artaraq 167.73 mln. manata yüksəlib.

Bankın ümumilikdə əməliyyat mənfəəti 2023-cü ilin birinci rübü 112.15 mln. manat olduğu halda, 2024-cü ilin analoji dövründə 113.85 mln. manat olub.

“Kapital Bank” 2024-cü ildəki xalis mənfəətindən dövlətə 19.68 mln. manat mənfəət vergisi ödəyib.

1 aprel 2024-cü il tarixinə bankın kapitalındakı bölüşdürülməmiş mənfəət 660.32 mln. manata yüksəlib.

Bankın birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 12.78% təşkil edib, halbuki, tənzimləyicinin sistem əhəmiyyətli banklar üçün tətbiq etdiyi normadan (5%) xeyli yuxarıdır.

 

Son xəbərlər
Digər xəbərlər