9 C
Baku
Thursday, December 12, 2024

Kapital Bank-ın açıq API (Tətbiqi Proqramlaşdırma İnterfeysi) portalı müasir həll üsullarını əlçatan edir

®Ölkənin birinci bankı Kapital Bank-ın açıq API portalı bu sahədə ən qabaqcıl beynəlxalq təcrübədən istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz təklif olunur.

Biznes sahibləri bankın API məhsullarını öz sistemlərinə inteqrasiya etməklə vaxta qənaət edərək aşağıda qeyd olunan əməliyyatları bir mənbədən gerçəkləşdirə bilər: 

    • Avtorizasiya: İstifadəçi adına uyğun token əldə edərək, məhsullardan yararlanmaq
  • Ölkədaxili köçürmələr
  • Ölkəxarici köçürmələr
  • Nağdsız valyuta mübadiləsi
    • Hesab və kart məlumatları: (Kapital Bank hesab və kart çıxarışlarının əldə edilməsi)
  • Kartlara mədaxil ( Əmək haqqı kartlarına köçürmələrin edilməsi)
  • Kart sifarişləri ( Kartların birbaşa öz sistemindən sifariş edilməsi)
    • POS məlumatları (POS çıxarışlarının əldə olunması)
  • E-ticarət məlumatları (E-com çıxarışlarının əldə olunması)

Qeyd edək ki, API fərqli sistemlər arasında qarşılıqlı əlaqəni asanlaşdıran bir texnoloji həlldir. API dünyanın bir sıra nüfuzlu bankları tərəfindən aktiv şəkildə istifadə olunur. Siz də Birbank Biznes əməliyyatlarınızı öz sisteminizdə idarə etmək istəyirsinizsə elə indi müraciət edə bilərsiniz.

Ətraflı məlumat əldə etmək və qoşulmaq üçün: https://api.birbank.business/ 

Son xəbərlər
Digər xəbərlər