7 C
Baku
Tuesday, January 7, 2025

Kapital Bank-ın bu layihəsinə yenidən maya qoyulub

“Kapital Bank” ASC-nin investisiya layihlərində iştirakçı olan “Birkart Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə  kkapitalı növbəti dəfə artırılmaqla 88 milyondan yuxarı qaldırılıb.

Banker.az xəbər verir ki, BOKT 2018-ci ildə BOKT kimi təsis edilib, lakin hazırda kredit fəaliyyəti ilə deyil, daha çox bankın investisiya işlərini aparırır.

Sonuncu dəfə mətbuat konfransında “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Fərid Hüseynov “Birkart” MMC-nin niyə zərərdə olmasına dair açıqlama verərkən, bunu bankın investisiya işləri ilə əlaqələndirmişdilər.

Məlumata görə, BOKT-nin nizamnamə kapitalı 3.7 milyon manat və ya 4.4% artırılmaqla 88.33 mln. manata qaldırılıb.

BOKT bir neçə ildir zərərlə işləsə də rəhbərlik onun gələcəyinə inanır. BOKT-nin əsas investisiyası informasiya və texnologiyalar sahəsinədir. Burada “PashaPay” MMC (m10 və MilliÖn), “Qırmızı Ürəklər Fondu”, “Competo” MMC (Umico) kimi şirkətlərin də payı var. Qeyd edilir ki, bu şirkətlərdən İT ilə əlaqəli olanlar zərərdədir.

“Bunlar böyük investisiyalardır. “Competo” “Umico” marketpleysin sahibidir və bizim bu şirkətlə çox yaxın əlaqəmiz var. O istiqamətdə güclü investisiyalar lazımdır ki, Azərbaycanın elektron kommersiya bazarının inkişafına dəstə olsun. Bu bir tərəfdən biznes, digər tərəfdən isə sosial məsələdir. Ən yaxşı bankçılıq təcrübəsini yalnız bankçılıqda yox, market-pleysə də gətiririk. Müxtəlif partnyorlar vasitəsi ilə təcrübəni davamlı təmin edirik”, – deyə Fərid Hüseynov bildirib.

Bank sədri gələn il də investisiyaların davam edəcəyini ehtimal edir. O, belə investisiyalardan çox qısa müddətdə gəlirlik gözləməməyi, orta və uzun müddətdə gəlirliliyə çevrilməsini gözləmək lazım olduğunu qeyd etmişdi.

Son xəbərlər
Digər xəbərlər