1 C
Baku
Saturday, December 14, 2024

Kapital Bank-ın “Dəyərli Kapitalı” 4000-ə çatır

®Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən olan Kapital Bank-da hazırda 4000 nəfərə yaxın əməkdaş çalışır. Əməkdaşlarının inkişafına, iş şəraitinin yaxşılaşdırılmasına töhfə vermək üçün bank daim müxtəlif yeni proqramlar və layihələr həyata keçirir. 2020-ci ildən başlayaraq pandemiya ilə əlaqədar məsafədən iş rejimində fəaliyyət dünyada olduğu kimi Azərbaycanda da sürətlə yayılmağa başladı. Kapital Bank da bu tendensiyada kənar qalmadı. Bankın aidiyyəti strukturları tərəfindən çevik şəkildə məsafədən iş rejiminə keçid planı hazırlandı və ən qısa zamanda tətbiq olundu. İşçilərin sağlamlığının qorunmasına yönələn bu addım nəticəsində Kapital Bank-ın baş ofis əməkdaşlarının 80%-i məsafədən iş rejiminə keçdi, filial əməkdaşları isə növbəlilik prinsipi ilə 50% olaraq işə çıxdı.

Bir müddət sonra məsafədən işin effektivliyi ilə bağlı təhlillər edildi. Nəticələrdən bəlli oldu ki, məsafədən iş kifayət qədər üstünlüklərə malikdir. Kapital Bank bu rejimin uzunmüddətliliyi barədə düşünməyə və bu istiqamətdə addımlar atmağa başladı. Hazırda bankda ənənəvi iş yeri və iş vaxtı anlayışlarına tam fərqli yanaşılır. Baş ofis əməkdaşlarına məsafədən iş rejimi üzrə hibrid iş modeli təklif edilir. İş funksiyaları nəzərə alınmaqla, əməkdaşlar birbaşa rəhbərləri ilə öncədən razılaşıb, növbəlilik prinsipi ilə həftə ərzində müəyyən günlərdə ofisdən, müəyyən günlərdə isə məsafədən çalışa bilirlər. İşçilərin əmək hüquqlarında, müqavilələrində, əməkhaqqılarında heç bir dəyişiklik olmayıb. 

Əməkdaşların inkişafı Kapital Bank üçün əsas prioritetlərdəndir. Bu prosesə daha sistemli yanaşmaq məqsədilə 2018-ci ildə İnsan Kapitalı Akademiyası yaradıldı. İnsan Kapitalı Akademiyasının təsis olunması və onun geniş fəaliyyəti işçilərin davamlı inkişafının bank üçün nə dərəcədə vacib olduğunu vurğulayır, Kapital Bank-ın daim inkişaf edən və “öyrənən” bank olduğunun nümayiş etdirir. 

Artıq 1 ildir ki, Kapital Bank “iSpring Learn” beynəlxalq platformasından fəal istifadə edir. Bu platformaya çoxsaylı video və təlimatlar, həmçinin onlayn kurslar əlavə edilib. 2021-ci il ərzində platformada əməkdaşlar tərəfindən 18 000-dən artıq kurs və təlim tamamlanıb. Platforma tam olaraq Azərbaycan dilinə tərcümə edilib ki, bu da istifadəçilər üçün rahat naviqasiya imkanı yaradır. Canlı təlimlər istiqamətini də davam etdirən Kapital Bank, bankdaxili və bankdan kənar ekspertlərlə birgə müxtəlif vəzifələrdə çalışan, komandaya yeni qoşulan və ya artıq uzun illərdir ki, Kapital Bank-da işləyən “Bank işi”, “Liderlik və İdarəetmə”, “Agile yanaşmalar”, “Data analitika”, “Davranış” və digər peşəkar bacarıqlar üzrə təlim sessiyaları təşkil edir.

Həmçinin, 2018-ci ildən etibarən Kapital Bank müxtəlif strukturlarında profillərə uyğun işçi yetişdirilməsi layihəsinə start verib. Könüllü təcrübə proqramında 500 nəfərə yaxın insan iştirak edib. Onlardan təxminən 100 nəfəri müxtəlif vakansiyalar üzrə Banka işə qəbul olunub. 

Peşəkar kadrların yetişdirilməsinə böyük önəm verən Kapital Bank bu istiqamətdə də bir sıra layihələr həyata keçirir. Müasir texnologiyaların və İT sahəsinin inkişafı üzrə də 2020-ci ilin sonlarından “BirCode” layihəsi çərçivəsində artıq “Backend”, “Frontend” və “Mobile” istiqamətləri üzrə 2 qrup developer yetişdirilib. Birinci qrupdan 27 nəfərdən 26 nəfəri, 2-ci qrupdan isə 13 nəfərin hamısı Kapital Bank-da işlə təmin olunub. Hazırda 3-cü qrup üzrə 15 nəfər devoloper yetişdirilməsinə başlanılıb. Paralel olaraq bu ilin may ayından “Bizdən biri” layihəsinə start verilib və ümumilikdə layihəyə cəlb olunan 89 nəfərdən 28-i işlə təmin olunub, 35 nəfər isə təcrübəsini davam etdirir. 

Kapital Bank ölkənin bir sıra ali məktəbləri ilə də əməkdaşlıq edir. Bu il ADA Universiteti ilə karyera həftəsi, UNEC –Kapital Bank karyera ayı kimi tədbirlər keçirilib. Bundan başqa PAŞA Holdinq-in  reallaşdırdığı “Career Fair” layihəsində də fəal iştirak edib. 2021-ci ilin ən vacib layihələrindən bir isə ADNSU-da rəqəmsal tələblərə tam uyğun olan Kapital Bank otağının istifadəyə verilməsi olub. 

Hazırda Kapital Bank-da Agile transformasiya layihəsi çərçivəsində bir sıra müasir yeniliklər tətbiq olunub. Belə ki, əməkdaşlar sərbəst və çevik iş rejimində fəaliyyət göstərirlər. Həmçinin, artıq bir neçə ildir ki, Kapital Bank-ın baş ofisi üçün dress-kod tələbi ləğv olunub və bununla da əməkdaşlar sərbəst geyimdə işə gəlməklə yanaşı, müasir, rəngarəng ofislərdə daha rahat işləyə bilirlər.

Kapital Bank əməkdaşları sıralarına qoşulmaq istəyənlər üçün hazırda 300-dək aktiv vakansiyalar mövcuddur. Müxtəlif vakansiyalar üzrə namizəd olmaq istəyən şəxslər www.hr.kapitalbank.az portalına daxil olmaqla, mövcud vakansiyalarla tanış ola bilərlər. Əgər Siz də karyeranıza Kapital Bank-da başlayıb və ya davam etdirib, əsl peşəkar olaraq inkişaf etmək istəyirsinizsə, portala daxil o

Son xəbərlər
Digər xəbərlər