“Kapital Bank” ASC 2025-ci ilin 9 ayı ərzində 142,7 milyon manat ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəliri əldə edib.
Banker.az xəbər verir ki, keçən il bu rəqəm 60,8 milyon manat idi. Beləliklə, qiymətli kağızlardan faiz gəlirləri 134,5% artım göstərib.
Bu artım balans göstəricilərində də öz əksini tapıb. Bankın ticarət və investisiya qiymətli kağızları portfeli 2025-ci ilin 30 sentyabrına 3 milyard 148 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövründəki 2 milyard 296 milyon manatla müqayisədə 37,1% çoxdur.
Bankın qiymətli kağız portfelinin 1 mlrd. 588.2 milyon manatı milli, 1 milyard 560 milyon manat ekvivalenti isə ABŞ dollarında olan istiqrazlardadır.
“Kapital Bank”ın qiymətli kağızlar üzrə faiz xərcləri 22.05 milyon manat təşkil edib. Hazırda bankın öhdəliklərində 110 mln. manat istiqraz öhdəlikləri var. Bu illik cəmi 10% artımdır.
Bankın 2025-ci ilin ilk 9 ayı üzrə xalis mənfəət isə 229,1 milyon manat təşkil edib — keçən ilin eyni dövründə bu rəqəm 166,1 milyon manat idi. Beləliklə, bankın xalis mənfəəti 37,9% artım nümayiş etdirib.