18 C
Baku
Friday, September 20, 2024

Kapital Bank-ın inkassatoru qəzaya uğradı

Qəzaya uğrayan inkassator maşını Bilesuvar rayonundakı bank filialına gedirmiş.

“Kapital Bank” bu gün səhər Bakı-Qazax yolunun Sanqaçal qəsəbəsindən keçən hissəsində Bankın inkassator maşınının qəzaya uğraması xəbəri ile bağlı açıqlama yayıb.

Bankın mətbuat xidmətindən bildirir ki, qəza zamanı həlak olan şəxs kassir, yaralananlardan biri inkassator, digəri isə sürücü-inkassatordur. Yaralılar Musa Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasında yerleşdirilib.

Bilesuvar rayonuna gedərkən qəzaya uğramış maşındakı vesaitlerin mühafizəsi üçün əraziyə dərhal başqa inkasasiya maşını gönderilib ve təhlükəsizlik tədbirleri tam təmin olunub.

Qeyd edek ki, Bakı-Qazax yolunun Saqaçal qəsəbəsindən keçən hissəsində “Kapitalbank”-a məxsus inkassator maşını maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan digər şəxslər, böyük inkasator ve sürücü ağır yaralanıb.

Hadisə barədə məlumat daxil olan ki, həmin əraziyə diger inkassator maşını gelib. Qəzaya uğrayan avtomobildəki pulların hamısı götürülüb.

Qeyd edek ki, qəzaya uğrayan inkassator maşını Bilesuvar rayonundakı bank filialına gedirmiş.

Son xəbərlər
Digər xəbərlər