6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

“Kapital Bank” istehlak kreditinin illik başlanğıc faizini kəskin endirib

Azərbaycanda ən böyük istehlak krediti portfelinə sahib olan “Kapital Bank” ASC-nin fiziki şəxslər üçün təklif etdiyi istehlak kreditinin faiz dərəcəsi kəskin azaldılıb.

Bu barədə Banker.az-ın Monitorinq Qrupu bildirir.

Məlumata görə, Bankın “Gündəlik tələbat” istehlak kreditinin illik ödəniş faizinin başlanğıcı 21%-dən 15%-ə qədər azaldılıb.

Qeyd edək ki, kredit yalnız manatda, 60 ayadək və 30 000 manatadək verilir. Kredit sığortasız və komissiyasız təqdim edilir. Kredit onlayn olduğu sifariş edildiyi halda illik faiz dərəcəsi 15% olaraq kreditlər hesablanacaq.

Bank bildirir ki, istehlak kreditni “Kapital Bank” və ya digər bankdan əmək haqqı/təqaüd alan şəxslər əldə edə bilər. Staj tələbi son iş yerində staj — 3 ay, əməkhaqqı kartı Kapital Bank-a məxsus olmayan müştərilər üzrə əlavə olaraq ümumi iş stajı — 6 ay. Lakin, təqaüdçülər üzrə belə bir tələb yoxdur.

Son xəbərlər
Oxşar xəbərlər