13 C
Baku
Saturday, November 16, 2024

Kapital Bank istiqrazlarının 2-ci tranşının abunə yazılışına start verildi

®Xəbər verdiyimiz kimi Kapital Bank-ın 100 000 000 (yüz milyon) manat həcmində olan istiqraz emissiyasının 50 000 000 (əlli milyon) manat həcmində olan ilk tranşının yerləşdirilməsi yekunlaşmışdı. 13 iyun 2024-cü il tarixində isə istiqrazların 50 000 000 (əlli milyon)  manat həcmində 2-ci tranşı premium bazar seqmentində listinqə daxil edilib.

İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı ilə həyata keçiriləcək. 14 iyun tarixində başlanılan abunə yazılışı 5 iş günü ərzində davam edəcək və 25 iyun 2024-cü il tarixində yekunlaşacaq. İstiqrazlar üzrə yerləşdirmə 27 iyun 2024-cü il tarixində baş tutacaq.

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Son xəbərlər
Digər xəbərlər