®Xəbər verdiyimiz kimi, ötən gün Kapital Bank-ın 100 000 000 (yüz milyon) manat həcmində olan istiqraz emissiyasının 50 000 000 (əlli milyon) manat həcmində olan ilk tranşının Bakı Fond Birjasında yerləşdirilməsinə başlanıldı.
İstiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi artıq yekunlaşıb. Sifarişin ümumi həcmi 96 091 600 (doxsan altı milyon, doxsan bir min, altı yüz) manat olub. Yerləşdirmədə 42 investor iştirak edib. Yerləşdirilən istiqrazların 22,9%-i fiziki şəxslərin, 77,1%-i hüquqi şəxslərin payına düşüb.
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.