“Kapital Bank” kredit məhsullarından birinin faiz dərəcəsini endirib

“Kapital Bank” ASC kredit məhsullarından biri “Gündəlik tələbat krediti”nin minimum illik faizini 3,84% bəndi aşağı salıb.

Bu barədə Banker.az-ın monitorinq qrupu bildirir.

Monitorinq qrupu bildirir ki, bu günə qədər fiziki şəxslər üçün nəzərdə tutduğu bu kredit məhsulunun minumum illik faiz dərəcəsini 29,84% müəyyən etdiyi halda, yeni qaydalara görə, 26,00% dərəcəsi səviyyəsinə endirib.

Bildirək ki, bu kredit məhsulu 300 manatdan başlayaraq 20 000 manata kimi verilir.