12 C
Baku
Tuesday, November 19, 2024

Kapital Bank “Maliyyə lizinqi” məhsulunu təklif edir

®Kapital Bank hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara bizneslərini inkişaf etdirmək üçün yeni “Maliyyə lizinqi” məhsulunu təqdim edir. Yeni məhsul vasitəsilə hüquqi şəxslər və sahibkarlar kənd təsərrüfatı, tibbi, tikinti, sənaye təyinatlı xüsusi texnikaların, nəqliyyat vasitələrinin və avadanlıqların alınmasını həyata keçirə bilərlər.

Maksimal olaraq 5 il müddətinə verilən “Maliyyə lizinqi” kreditdən daha sərfəli olmaqla aşağı illik faiz dərəcəsi ilə təklif edilir. Müqavilənin vaxtı bitdikdən sonra isə lizinqlə alınan əmlak sahibkara qalır.

Bu məhsulu əldə edərkən əlavə girov tələb edilmir, ödəniş qrafiki isə müştərinin istəyinə uyğun tərtib edilir. Yeni məhsulu həm Müştəri Bank vasitəsilə onlayn, həm da Kapital Bank-a müraciət etməklə almaq olar. Həmçinin lizinqlə satış etmək istəyən şirkətlər Kapital Bank-la əməkdaşlıq edə bilər.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri Bank vasitəsilə lizinq və digər məhsullarla bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, bu məhsulu almaq istəyənlər qeyd edilən linkə – https://kbl.az/cbpcr və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər