9 C
Baku
Monday, November 18, 2024

Kapital Bank müddətli depozit faizlərini yüksəldib

Kapital Bankda “Müddətli depozit”in faiz dərəcəsi dollar valyutası ilə 0.1%-dən 3.5%-dək artırılıb.

Bu barədə Banker.az bankın rəsmi səhifəsinə istinadən xəbər verir.

“Müddətli depozit” ilə 500 dollardan başlayan istənilən məbləği 12 aydan 36 ayadək müddətə banka yerləşdirərək çoxaltmaq mümkündür.

Əmanət üzrə illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə faiz dərəcəsindən yüksək olduğu halda, müştərinin istəyinə əsasən əmanət, Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə faiz dərəcəsi ilə qəbul oluna bilər (bu halda müştəridən razılıq ərizəsi alınmalıdır).

Son xəbərlər
Digər xəbərlər