10 C
Baku
Thursday, December 12, 2024

“Kapital Bank”: “Muğanbank”ı likvidliklə təmin etdik

“Kapital Bank” ASC-nin hansısa bankdan problemli kredit alması ilə bağlı xəbərlər əsassızdır.

Bunu “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

“Yəqin ki, söhbət guya “Kapital Bank”ın “Muğanbank”dan problemli kredit almağı ilə bağlı yayılan xəbərlərdən gedir. Biz heç bir bankdan problemli kredit almırıq. Əksinə, biz sağlam kredit almışıq. Söhbət istehlak kreditlərindən gedir. “Muğanbank”ın likvidliyə ehtiyacı var idi, biz də öz təklifimizi etdik. Beləliklə, “Muğanbank” likvidliklə təmin olundu”, – deyə R. Allahverdiyev qeyd edib.

APA

Son xəbərlər
Digər xəbərlər