“Kapital Bank” nizamnamə kapitalını artırır – rəqəm açıqlandı

“Kapital Bank” il ərzndə 2-ci dəfə kapital artımına gedib.

Banker.az MBNP-yə istinadən bu barədə məlumat yayır.

Maliyyə Bazarlarına Nəzarət Palatası “Kapital Bank” ASC-nin faizli, təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

Emissiya hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd imtiyazlı, sənədsiz adlı səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur.

Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 9,72% artırılaraq 205,85 milyon manatdan 225,85 milyon manata çatdırılacaq.

Qeyd edək ki, cari ilin 3-cü rübündə Kapital Bankın nizamnamə kapitalı 11% və yaxud 20 milyon manat artırılaraq 185,85 milyon manatdan 205,85 milyon manata qədər artırılıb.

Xatırladaq ki,”Kapital Bank” ASC-nin nizamnamə kapitalında 99,87% pay sahibliyi “PAŞA Holding” MMC-yə məxsusdur.