“Kapital Bank” ASC nizamnamə kapitalını 20 milyon manat və yaxud 8,1% artıraraq 245,85 milyon manatdan 265,85 milyon manata çatdırmağı planlaşdırır.
Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd yeni səhm buraxılacaq.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də yerləşdiriləcək.
Kapital artımı barədə qərar Bankın səhmdarlarının noyabrın 17-də keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib.