8 C
Baku
Thursday, December 12, 2024

“Kapital Bank” ötən il 282 mln. manat xalis mənfəət əldə edib – AUDİT HESABATI

“Kapital Bank” ASC 2023-cü il üzrə audit edilmiş hesabatında 282.1 milyon manat xalis mənfəət əldə etdiyini açıqlayıb. 2022-ci ildə onun xalis mənfəəti 304.7 milyon manat idi.

Banker.az bu barədə bankın konsolidə edilmiş audit hesabatına istinadən xəbər verir.

Qeyd edilən hesabatı nüfuzlu “E&Y” audit şirkəti aparıb.

Bankın hesabat müddətində faiz gəlirləri 13 faiz artımla 721.5 mln. manata yüksəlib. Kreditlər üzrə gəlirləri isə 7% illik artımla 545.4 mln. manata çatıb.

“Kapital Bank”ın qeyri-faiz gəlirləri 228.9 mln., qeyri-faiz xərcləri 458.9 mln., faiz xərcləri isə 110.3 mln. təşkil edib.

Bankın hesabatına əsasən, 1 yanvar 2024-cü il tarixinə onun kapital balansında 784.5 mln. manat bölüşdürülməmiş mənfəət var.

123123123213123213123

Son xəbərlər
Digər xəbərlər