4 C
Baku
Wednesday, January 14, 2026

“Kapital Bank” ötən ili 315 milyon manat mənfəətlə başa vurub

“Kapital Bank” ASC 2025-ci ili 315 milyon 13 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ildə 186 milyon 501 min manat xalis mənfəət edib ki, bu da illik müqayisədə 1.7 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2024-cü ildə “Kapital Bank”ın faiz gəlirləri 1 milyard 180 min manat (əvvəlki ilə nisbətən 39% çox), qeyri-faiz gəlirləri 701 milyon 592 min manat (12.3% çox) təşkil edib. Bank 114 milyon 596 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Keçən ilin müvafiq dövründə isə 159 milyon 119 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdır.

 

Son xəbərlər
Digər xəbərlər